CƏMİYYƏT


Binanın fasadından yeniyetmənin başına daş parçasının düşməsi ilə bağlı prokurorluqda araşdırma aparılır

Bakı, 4 may, AZƏRTAC

Aprelin 30-da Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Səbail Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.