İQTİSADİYYAT


Binanın su ilə təminatı sahəsində normalar müəyyənləşdirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Binanın su ilə təminatı yaşayış məskəninin mərkəzi su təchizatı şəbəkəsindən nəzərdə tutulmalıdır.

AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu barədə komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda qeyd edilib.

Mərkəzi su təchizatı şəbəkəsi olmayan rayonlarda bir-iki mərtəbəli binalar üçün yeraltı sulu laylardan və ya su hövzələrindən, gündəlik su sərfi adambaşına 60 litrdən az olmamaq şərti ilə, fərdi və ya kollektiv su mənbəyinin nəzərdə tutulmasına yol verilir.

Çirkab sularının kənarlaşdırılması üçün müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş və ya lokal kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

Çirkab suları, həmçinin ərazi və yeraltı sulu laylar çirkləndirilmədən kənarlaşdırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.