İDMAN


Binə Atçılıq Mərkəzində “Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə dekabrın 7-8-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışlar üç kateqoriyada təşkil olunacaq. E kateqoriyası üzrə yarışda 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstərəcəklər. Bütün yaş qruplarını əhatə edən M kateqoriyasında isə ən hündür maneə 120 santimetr nəzərdə tutulub.

Turnirin ikinci günündə S kateqoriyası üzrə yarışlar keçiriləcək. Bu kateqoriya üzrə maneələrin hündürlüyü 130-140 santimetr olacaq.

Yarışlar yerli hakimlər kollegiyası tərəfindən idarə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.