İDMAN


Binə Atçılıq Mərkəzinin açıq manejində növbəti konkur yarışları keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Binə Atçılıq Mərkəzinin açıq manejində start götürən ilin növbəti konkur yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, “E”, “L” və “M” kateqoriyaları üzrə təşkil olunan “ARAF kuboku” turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

Sentyabrın 25-də “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə maneələrdən ibarət ilk yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla çıxış ediblər. On iki idmançının 16 atla iştirak etdiyi mübarizədə “Elite Horse&Polo Klubu”nun idmançısı Ramil İbrahimov “Alart S” ləqəbli atla birinci, Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Emin Rzayev “Light Limerick” ləqəbli atla ikinci, “Elite Horse&Polo Klubu”nun digər idmançısı Məhəmməd İsgəndərov “Cera 59” ləqəbli atla üçüncü, Elman Rzayev isə “Ak’s Clientus” ləqəbli atla dördüncü yeri tutublar.

Günün ikinci yarışı “L” kateqoriyası üzrə hündürlüyü 110-115 santimetr olan yarışda 14 idmançı 20 atla iştirak edib. Nəticədə “Buta Golden” Atçılıq İdman Klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla birinci yerin sahibi olub. İkinci yerdə “Francesco” ləqəbli atla “Omar” Atçılıq Klubunun idmançısı Kənan Novruzov qərarlaşıb. “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov isə “Welga” ləqəbli atla üçüncü olub.

Turnirin sonuncu yarışı sentyabrın 26-da baş tutub. “ARAF kuboku” uğrunda mübarizəyə “M” kateqoriyalı 125-130 santimetr hündürlükdə maneələrdən ibarət yarışda 7 idmançı 13 atla iştirak edib. “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla rəqiblərinə qalib gələrək “ARAF kuboku”nun sahibi olub. “Elite Horse&Polo Klubu”nun idmançısı Pənah Əlizadə “Cera 59” ləqəbli atla ikinci, “Buta Qolden Atçılıq İdman Klubu”nun idmançısı Eqor Morotski isə “Astrello” ləqəbli atla üçüncü yerdə qərarlaşıblar.

Qaliblərə Federasiyanın vitse-prezidenti Bəsirət Quliyev tərəfindən diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.