İQTİSADİYYAT


Binə qəsəbəsində 9 minədək abonentin təbii qaz təchizatı dayandırılıb

Bakı, 12 mart, AZƏRTAC

Binə qəsəbəsində 9 minədək abonentin təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib. Belə ki, həmin avtomobillə diametri 273 millimetr olan orta təzyiqli qaz xətti vurularaq qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minədək abonentin təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.