CƏMİYYƏT
Binə qəsəbəsində Bakı şəhər sakini qəza törədib, ölən var
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 3-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılan “Hyundai” markalı avtomobili və yaxınlıqda olan sürücüsü, Bərdə rayon sakini Etiram Hüseynovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Hüseynov ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:51]
ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb
- 19.04.2024 [22:28]
Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb
- 19.04.2024 [18:05]