CƏMİYYƏT
“Binə” ticarət mərkəzində yanğın baş verib - YENİLƏNİB
Bakı, 13 avqust, AZƏRTAC
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
X X X
09:28
“Binə” ticarət mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.