DÜNYA
Binəli Yıldırım Türkiyənin Dövlət Şərəf Medalı ilə təltif olunub
İstanbul, 13 iyul, AZƏRTAC
Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub.
Bu münasibətlə Ankarada təşkil olunan mərasimdə mükafatı TBMM-in sədrinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Rəcəb Tayyib Ərdoğan parlamentin sədri ilə səmimi dostluq münasibətlərindən, Binəli Yıldırımın ölkəsinə və xalqına sədaqətindən, yüksək insani keyfiyyətlərindən danışıb. Dövlət başçısı əminliklə bildirib ki, Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədri olduğu müddətdə də Binəli Yıldırım Türkiyə dövləti naminə fəaliyyətini davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]