SİYASƏT


Binəli Yıldırım: Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafı üçün böyük əhəmiyyətə malikdir

Bakı, 16 iyun, AZƏRTAC

Zəngəzur dəhlizi də artıq açılmalıdır. Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha səmərəli bərpası, ticarət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım bildirib.

Türkiyənin sabiq Baş naziri qeyd edib ki, 26 il müddətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib.

“Beynəlxalq təşkilatlarda islahatların aparılması zərurətə çevrilib. Biz qırx ildir terrorla mübarizə aparan və şəhidlər verən ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq”, - deyə Binəli Yıldırım vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.