DÜNYA


Binəli Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb

İstanbul, 29 dekabr, AZƏRTAC 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul şəhərində keçirilən ümumrespublika toplantısında məlumat verib. Dövlət başçısı rəhbərlik etdiyi partiyanın İstanbulun digər rayonları üzrə namizədlərinin adlarını açıqlayıb. AKP şəhər üzrə 3 rayonda Milliyyətçi Hərəkat Partiyasının xeyrinə öz üzvünün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, bu məsələ son iki ayda Türkiyə ictimaiyyətində ən çox müzakirə olunan məsələlər sırasında yer alıb. İndi ictimaiyyəti düşündürən məsələ budur ki, Binəli Yıldırım gələn il martın 31-də keçiriləcək seçkilərdə iştirak etmək üçün TBMM sədrliyindən istefa verəcəkmi? Ədalət və İnkişaf Partiyası ilə “Cümhur İttifaqı”nda birləşən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dekabrın əvvəllərində açıqlamasında qeyd etmişdi ki, MHP Binəli Yıldırımın namizədliyini dəstəkləyir və onun parlament sədrliyindən istefasına ehtiyac yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.