CƏMİYYƏT
Binəqədi Gənclər Evində “Əsas həyat bacarıqları 8” layihəsinin açılış mərasimi olub
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNICEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Əsas həyat bacarıqları 8” layihəsinin açılış mərasimi olub.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, açılışda Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, UNICEF Azərbaycanın Gənclər və yeniyetmələrin inkişafı üzrə şöbə rəhbəri Natiq Umarov, "Əsas həyat bacarıqları" layihəsi üzrə konsultantı, psixoloq Aynur Bünyatova, layihənin təlimçiləri Aytən Natiqli, Nərmin İsmayılova, məzun gəncləri Ülvi Quluzadə və Nihat Əliyev iştirak ediblər.
Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova layihəyə seçilən gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
UNICEF Azərbaycanın şöbə rəhbəri Natiq Umarov layihənin yeniyetmə və gənclərin həyatındakı təsirindən, Binəqədi Gənclər Evində illərdir uğurla davam etməsindən danışıb.
Psixoloq Aynur Bünyatova layihə haqqında ətraflı məlumat verərək, gənclərin 2 ay ərzində hansı mövzuları öyrənəcəyini, bu şansdan doğru istifadə etməklərini tövsiyə edib.
Məzun gənc Nihat Əliyev “Əsas həyat bacarıqları" layihəsinin onun həyatındakı təsirini, ona nələr qatdığını vurğulayaraq, gənclərə uğurlar arzu edib.
Sonra təlimçilər də öz təəssüratlarını paylaşıb, seçilən gənclərə uğurlar arzu edib, onları qruplara bölüblər.
Qeyd edək ki, "Əsas həyat bacarıqları” layihəsi Binəqədi Gənclər Evində üç ildən artıqdır davam edir.