CƏMİYYƏT


Binəqədi ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 20 oktyabr, AZƏRTAC

Binəqədi ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu ərazisində Şamaxı rayon sakini M.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Süleyman Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Rayon ərazisində qeydə alınan digər qəzada Binəqədi qəsəbəsində Bakı şəhər sakini V.Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məhəmməd Pənahovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.