CƏMİYYƏT
Binəqədi gənclərinin III liderlik məclisinə start verilib
Bakı, 6 noyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, YAP Binəqədi rayon təşkilatı və rayonun gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən Binəqədi gənclərinin III liderlik məclisinə start verilib.
AZƏRTAC xəbər verir ki, Şamaxıya gələn layihə iştirakçıları şəhərin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Sonra gənclər Şamaxı Cümə məscidini ziyarət ediblər.
Vergilər Nazirliyi Tədris Mərkəzində Binəqədi gənclərinin III liderlik məclisinin açılışında rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.