CƏMİYYƏT


Binəqədi polisi oğurluqda şübhəli bilinən şəxsi tutub

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.