CƏMİYYƏT


Binəqədi polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri yaxalayıb

Bakı, 17 avqust, AZƏRTAC 

Binəqədi polisi rayon ərazisində ofisdən, mağazalardan, avtoservisdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il iyunun 30-da rayon ərazisindəki bir ofisdən və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha iki mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları isə avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakini P.Rəhimovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.