CƏMİYYƏT
Binəqədi qəsəbəsində avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri saxlanılıblar
Bakı, 14 yanvar, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov davam etdirilən tədbirlər nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.