CƏMİYYƏT


Binəqədi qəsəbəsində iməcilik keçirilib

Bakı, 8 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının paytaxtda “Təmizlik ayı”nın keçirilməsi haqqında verdiyi tapşırığa əsasən yaz-yay mövsümü ilə əlaqədar Binəqədi rayonu ərazisində “Rayonumuzu təmiz saxlayaq” layihəsi icra olunur. Həmin layihə çərçivəsində Binəqədi qəsəbəsində iməcilik təşkil olunub.

Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı, həmçinin “ASAN Könüllüləri” Təşkilatının üzvlərinin iştirakı ilə keçirilən iməcilikdə qəsəbənin II mədən 20-ci korpus ünvanındakı ərazi tullantılardan tamamilə təmizlənib.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin məsul şəxsləri qəsəbə sakinlərinin müraciətlərini dinləyib, belə aksiyaların tez-tez keçiriləcəyini vurğulayıblar.

Təmizlik aksiyası rayon icra hakimiyyətinin, qurumun qəsəbə nümayəndəliyinin, qəsəbə bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.