CƏMİYYƏT


Binəqədi qəsəbəsində keçmiş məhkumun evindən narkotik vasitələr götürülüb

Bakı, 1 iyun, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Bikkulovun evinin zirzəmisindən 10 qramdan artıq çətənə toxumu, 250 qram qurudulmuş çətənə və kultivasiya yolu ilə yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.