CƏMİYYƏT
Binəqədi qəsəbəsində quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Binəqədi rayonunda quldurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Binəqədi qəsəbəsində Bakı şəhər sakini E.Ələkbərovu bıçaqla hədələyib 300 manat dəyərində mobil telefonunu, içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını, həmçinin içərisində 80 manat dəyərində geyim əşyaları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Rəhimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]