QAN YADDAŞI


Binəqədi rayon gəncləri Mart soyqırımı qurbanlarının xatirəsini anıblar

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Binəqədi Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Məhluqə Hümbətova mövzu ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, erməni daşnakları şəhərlərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlını öldürüb. Ümumilikdə isə martın 30-31-də və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox əhəmiyyətli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.

Həmçinin qeyd edilib ki, 1918-ci il martın 30-u və aprelin 3-də baş verən qırğınlara Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi qiymət verilib, bununla bağlı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da Fərman imzalanıb və həmin gündən 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

Sonra Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.