CƏMİYYƏT


Binəqədi rayonu ərazisində tullantıların qalaqlanması faktı aşkarlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi, 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.

Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova müddətli “məcburi göstəriş” verilib. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.