İQTİSADİYYAT
Binəqədi rayonu ərazisindəki İbrahimpaşa Dadaşov küçəsi təmir olunub
Bakı, 18 aprel, AZƏRTAC
Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu ərazisindəki İbrahimpaşa Dadaşov küçəsi “Azəravtoyol” ASC tərəfindən təmir olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir olunan küçənin uzunluğu 1 kilometr, eni isə 10 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Ümumilikdə isə 10 min kvadratmetrdən çox sahənin asfaltlanması, səkilərin kənarlarına 1500 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb.
Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib. Bundan başqa, zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Təmir işləri qısa müddət ərzində yekunlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]