CƏMİYYƏT


Binəqədi rayonu ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 13 fevral, AZƏRTAC 

“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.

Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə elan edilmişdi.

Binəqədinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat iclasında keçirilən mükafatlandırma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda KİV-lərin sürətli inkişaf yolu keçdiyini, maddi-texniki bazasının yaxşılaşdırıldığını, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini söyləyib. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi, KİV-lərə ardıcıl və sistemli şəkildə dövlət qayğısının göstərildiyi diqqətə çatdırılıb.

V.Səfərli Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə də məlumat verib.

İcraçı direktor KİVDF-nin Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu bildirib. O, müsabiqə üzrə 6 jurnalistin əsas, 19 jurnalistin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. V.Səfərli yaxın vaxtlarda “Təmiz Binəqədi” layihəsinə həsr olunan növbəti birgə müsabiqənin təşkil olunacağını da diqqətə çatdırıb.

Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.