CƏMİYYƏT


Binəqədi rayonunda 11 evdən su sayğacı oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Bakı, 19 noyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib.

Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.