CƏMİYYƏT


Binəqədi rayonunda 22 evdən oğurluq edən şəxs yaxalanıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Binəqədi rayonunda fərdi yaşayış evlərindən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt sakini Natiq Süleymanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun Binəqədi rayonunun qəsəbələrində yerləşən 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, elektrik naqilləri, kombi aparatları, təmir-tikinti alətləri oğurladığı məlum olub.

Natiq Süleymanov gündüzlər Binəqədi rayonu ərazisində gəzərək hansı mənzildə təmir işlərinin getdiyini müəyyənləşdirəndən sonra gecə saatlarında həmin evlərdən oğurluqlar edib.

Faktlarla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Natiq Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.