Binəqədi rayonunda 7350 abonentin təbii qaz təchizatı yaxşılaşdırılır
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7350 abonentin təbii qaz təchizatının yaxşılaşdırılması, qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 millimetr, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur. Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub.

Xəbərin mətnində orfoqrafik səhv var