İDMAN


Binəqədi rayonunda Azərbaycan Gəncləri Günü münasibətilə şahmat turniri keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Binəqədi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir “Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışın yekun nəticələrinə görə, “Dəmir yumruq” komandası birinci yeri tutub. İkinci yerə 283 nömrəli tam orta məktəbin “Şuşa” komandası, üçüncü yerə isə “Qələbə” komandası sahib olublar.

Turnirdə fərqlənən komandalar müvafiq dərəcəli diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.