CƏMİYYƏT
Binəqədi rayonunda Beynəlxalq Könüllülər Günü qeyd edilib
Bakı, 6 dekabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon gənclər və idman idarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə Binəqədi Gənclər evində Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, rayon icra hakimiyyətinin əməkdaşı Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək Beynəlxalq Könüllülər Günü münasibətilə gənclərə təbriklərini çatdırıblar.
Könüllülərin fəaliyyətinin əhəmiyyətindən danışan natiqlər “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinin əksini tapdığını vurğulayıblar. Bildirilib ki, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlərin təşkilində könüllülərin əməyindən geniş istifadə olunur.