CƏMİYYƏT


Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib

Bakı, 18 mart, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəldilən “Bizim həyət” layihəsi uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, martın 18-də həmin layihə çərçivəsində Binəqədi rayonundakı, S. Məmmədova küçəsi 207, 209 ünvanında 600 sakinin yaşadığı binanın həyəti abadlaşdırılaraq istifadəyə verilib.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt həyətlərinin abadlaşdırılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün rahat və ekoloji cəhətdən təmiz yaşam şəraitin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupların dan olan uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə ərazidə idman qurğuları, uşaqlar üçün oyun meydançası, 3 söhbətgah və oturacaqlar quraşdılıb. Meydançaların salınması gənclərin sağlam həyat tərzi sürməsi, sağlamlıqlarını möhkəmləndirməsi, asudə vaxtlarını səmərəli keçirməsi, eləcə də onların sistemli şəkildə idmanla məşğul olması məqsədi daşıyır.

Sakinlərin maraq və arzuları nəzərə alınaraq yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, 50 yeni ağac əkilib, yaşıllıq zolağı salınıb.

Bu, Binəqədi rayonunda layihə çərçivəsində abadlaşdırılaraq sakinlərin istifadəsinə verilən 21-ci həyətdir.

Onu da qeyd edək ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar IDEA İctimai Birliyinə abadlaşdırılmağa ehtiyacı olan həyətlər haqqında məlumat vermək xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.