İDMAN
Binəqədi rayonunda “Olimpiya hərəkatı” layihəsi çərçivəsində veloidman yarışı keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı birinciliyinin veloidman növü üzrə Binəqədi rayon mərhələsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışın nəticəsinə əsasən 283 nömrəli tam orta məktəbin komandası birinci olub. 157 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 248 nömrəli orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Təhsil” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Aydın Gözəlov iştirak ediblər.