CƏMİYYƏT


Binəqədi rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 1 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində açıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 kvadratmetr sahədə quru ot və rezin tullantıları yanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.