CƏMİYYƏT


Binəqədi rayonunda ağaclıq ərazidə baş verən yanğının qarşısı alınıb

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının ətrafa yayılmasının qarşısı qısa zamanda alınıb və yanğın məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.