CƏMİYYƏT
Binəqədi rayonunda akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olan akademik Zərifə xanım Əliyevanın xatirəsinin anım günü ilə əlaqədar Binəqədi rayonunda tədbir keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram bildiriblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim kimi elmə verdiyi töhfələr, həmçinin onun mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli və mənalı ömür yolu barədə danışıb, bütün bu keyfiyyətləri ilə Zərifə xanımın simasında əsl Azərbaycan qadını obrazının canlandığını vurğulayıb.
Çıxış edənlər bildiriblər ki, dəyərli elmi tədqiqatları ilə oftalmologiya sahəsində əldə etdiyi uğurlar elm adamları arasında onu həm də fədakar alim kimi tanıdıb. Bütün bunlar Zərifə xanımın fədakar ana, ləyaqətli övlad, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]