CƏMİYYƏT


Binəqədi rayonunda avtomobil oğurlayan keçmiş məhkum tutulub

Bakı, 16 sentyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə sentyabrın 12-dən 15-dək olan müddətdə Biləcəri qəsəbəsi ərazisindən “Volkswagen” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Quba yolunda avtomobillə birgə saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.