CƏMİYYƏT
Binəqədi rayonunda avtomobil oğurlayan şəxs tutulub VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Binəqədi rayonunda yaşayan paytaxt sakini rayon polis idarəsinin 5-ci polis bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb. Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyənləşdirilərək sahibinə qaytarılıb. Z.Fətəliyev ifadəsində həmin nəqliyyat vasitəsini talamaq məqsədilə deyil, idarə etmək üçün qaçırdığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.