CƏMİYYƏT


Binəqədi rayonunda avtomobildən və kafedən oğurluq edən şəxslər saxlanılıb

Bakı, 2 noyabr, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları noyabrın 1-də rayonda “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.İsmayılovu və bir yeniyetməni saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı kafelərin birindən 10 min manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev yaxalanıb

Oğurluq etdiyinə görə tutulmuş F.İdrisovun, Ö.İsmayıllının, Ş.Əliyevin və A.Əbilovla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların iki avtomobildən ümumilikdə 110 manat pul oğurladıqları da müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.