CƏMİYYƏT


Binəqədi rayonunda beş evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 21 may, AZƏRTAC

Binəqədi rayonunun Binəqədi qəsəbəsində evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən rayon polis idarəsinin 43-cü polis bölməsinə müraciət edərək, mənzildən təmir-tikinti əşyalarının, eləcə də elektrik naqillərinin oğurlanması barədə məlumat verib.

Polis bölməsinə eyni məzmunlu müraciətlərlə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Hadisələri törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Tahir Qasımov 43-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Polis bölməsində aparılan araşdırma zamanı onun paytaxtın bir neçə rayonunda ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında törətdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.