CƏMİYYƏT
Binəqədi rayonunda bir neçə avtomobildən və evdən oğurluq edən keçmiş məhkum tutulub
Bakı, 17 iyul, AZƏRTAC
Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki iki evdən, iki avtomobildən və bir mağazadan pul, məişət əşyası, tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]