CƏMİYYƏT


Binəqədi rayonunda bir şəxsə zor tətbiq edərək pulunu soyğunçuluq yolu ilə talayan iki nəfər yaxalanıb

Bakı, 17 avqust, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir şəxsə zor tətbiq edərək 950 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini Q.Həsənov və Cəlilabad rayon sakini N.Zamanlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlər nəticəsində N.Zamanlının Mingəçevir şəhər sakini E.Dursunovla birgə rayon ərazisindəki köşklərin birindən 2130 manat pul oğurlaması da müəyyən olunub. E.Dursunov da polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.