CƏMİYYƏT


Binəqədi rayonunda əlamətdar günlər zəngin bədii proqramlarla yadda qalıb

Bakı, 18 noyabr, AZƏRTAC

Binəqədi rayonunda Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə tədbirlər keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun 284 nömrəli tam orta məktəbində Konstitusiya Günü münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilib.

Tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Milli Dirçəliş Günü münasibətilə daha bir tədbir Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşdirilib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Əməkdar Mədəniyyət İşçisi, şair – dramaturq İftixar Piriyevin “Qalx ayağa, Azərbaycan” tamaşası səhnələşdirilib. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi öz əksini tapıb, xalqımızın məruz qaldığı soyqırımları obrazların dili ilə canlandırılıb.

Tədbirdə çıxış edənlər Milli Dirçəliş Gününün tarixindən və siyasi əhəmiyyətindən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.