CƏMİYYƏT


Binəqədi rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 23 noyabr, AZƏRTAC

Binəqədi rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 16-da rayon ərazisindəki evlərin birindən 2405 manat dəyərində kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Ağayev Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.