CƏMİYYƏT
Binəqədi rayonunda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda, E.Babayev 30/24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əhmədova Kəmalə Hicran qızına məxsus “Craft Pub” ictimai iaşə müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin geyinmə otağının təşkil edilmədiyi, eyni zamanda müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş problemlərlə bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönələn qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.