CƏMİYYƏT


Binəqədi rayonunda həyətyanı sahələrdən oğurluq edən şəxslər yaxalanıblar

Bakı, 29 yanvar, AZƏRTAC 

Bakıda və Gəncədə həyətyanı sahələrdən oğurluq edən şəxslər saxlanılıblar.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A.Həsənovla bağlı apardıqları əməliyyat tədbirləri ilə onun rayondakı beş həyətyanı sahədən su qızdırıcıları və su mühərriki oğurlaması da müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı dörd həyətyanı sahədən və altı avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev yaxalanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.