CƏMİYYƏT


Binəqədi rayonunda iki yük avtomobili ilə çirkab suların və qarışıq tullantıların boşaldılması və qalaqlanması faktı aşkarlanıb

Bakı, 18 noyabr, AZƏRTAC

Polis orqanları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində “Kamaz” markalı iki yük avtomobili ilə çirkab suların və qarışıq tullantıların boşaldılması və qalaqlanması aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri V.Qədirov və R.Ağakişiyev barəsində protokollar tərtib edilib.

Suraxanı rayonu ərazisində keçirilən tədbir zamanı isə Bülbülə gölü ərazisində “Kamaz” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə həmin yük avtomobilinin sürücüsü Ə.Həsənov barəsində də protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.