CƏMİYYƏT


Binəqədi rayonunda məktəbdən oğurluq edən yeniyetmələr saxlanılıb

Bakı, 2 may, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan iki yeniyetmə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.