İDMAN


Binəqədi rayonunda məktəblilər arasında futbol birinciliyi təşkil olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azfar Group” şirkətinin Binəqədi Gənclər Evi Stadionunda 2007-2008-ci il təvəllüdlü rayon məktəbliləri arasında futbol birinciliyi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda 126 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. 102 nömrəli tam orta məktəbin şagirdləri yarışı ikinci, 179 nömrəli tam orta məktəbin kollektivi isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, idman müəllimləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.