CƏMİYYƏT


Binəqədi rayonunda motosiklet oğurlayan şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar

Bakı, 17 may, AZƏRTAC

Binəqədi rayonunda motosiklet oğurlayan şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 27-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbə sakini E.Mirzəliyevə məxsus “Yamaha” markalı motosikleti oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini T.Məmmədzadə və Abşeron rayon sakini S.Mirzəyev Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.