CƏMİYYƏT


Binəqədi rayonunda narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarından digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunan Orxan Soltanov tutulub. Araşdırma zamanı onun ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. O.Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və bir elektron tərəzi aşkarlanıb. O, ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Orxan Soltanov və Samir Ağabalayev barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.