CƏMİYYƏT


Binəqədi rayonunda ödəmə terminalından oğurluq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 12 iyul, AZƏRTAC

Binəqədi rayonunda ödəmə terminalından oğurluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “MilliÖn” ödəmə terminalından 8417 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.