CƏMİYYƏT


Binəqədi rayonunda oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

Bakı, 20 avqust, AZƏRTAC 

Binəqədi rayonunda oğurluqla və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun iyulun 25-də və 27-də rayondakı iki avtomobildən pul, sənəd və kosmetik əşya oğurladığı da müəyyənləşdirilib.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində sakin E.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobildə isə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı pulu soyğunçuluq yolu ilə aparıb. Rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsi tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.